Tur “Böyük oyun”la başa çatacaq
15.03.2011 - 10:47
Tur “Böyük oyun”la başa çatacaq
Azərbaycan Premyer Liqasının XXIV turunun oyunlarının yeri və vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu dəfə tur həftəsonu deyil, cümə axşamı və cümə günləri baş tutacaq. Matçlardan 4-ü əvvəldən nəzərdə tutulduğu kimi 14:00-da başlayacaq. “İnter” və “Bakı” qarşılaşması isə 2 saat gec start götürəcək. Bu tura “Böyük oyun”la yekun vurulacaq. Çempionatın liderləri “Neftçi” və “Xəzər Lənkəran” arasında cənub bölgəsindəki görüş saat 18:00-da başlayacaq.

17 mart (cümə axşamı)

14:00. “Muğan” – “Qəbələ”
“Şəfa” stadionu

18 mart (cümə)

14:00. “Gəncə” – “Simurq”
Gəncə şəhər stadionu

14:00. “Turan” – MOİK
Tovuz şəhər stadionu.

14:00. “Qarabağ” – AZAL
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

16:00. “İnter” – “Bakı”
“Şəfa” stadionu.

18:00. “Xəzər Lənkəran” – “Neftçi”
Lənkəran şəhər mərkəzi stadionu

Mənbə: pfl.az