Jorj Leekens: Bu yolverilməzdir
15.03.2011 - 11:35
Jorj Leekens: Bu yolverilməzdir
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının növbəti rəqibi olan Belçika yığmasının baş məşqçisi Jorj Leekens yerli radiolardan birinin qonağı olub. Apasport.az saytının məlumatına görə, tanınmış mütəxəssis ölkə çempionatının “Şarlerua” – “Standard” görüşündə (0:2) yaşanan xoşagəlməz hadisələrə münasibət bildirib: “Futbolçular özlərini aparmağı bacarmalıdırlar. Onların belə hərəkət etməyə ixtiyarı yoxdur. Bu mənim beynəlmiləlçilik haqda düşüncələrimə ziddir. Azarkeşlərin meydana daxil olması isə ümumiyyətlə yolverilməzdir. Bu düzbucaqlı sahə yalnız futbolçular üçündür. Bir ara belə hallar yığışmışdı. Lakin indi yenə müşahidə olundu. Bununla mübarizə aparacağıq”.

Qeyd edək ki, Belçika – Azərbaycan oyunu martın 29-da keçiriləcək.