Klub rəsmiləri futbolçunu müqaviləsini pozmaq üçün döydülər
15.03.2011 - 11:20
Rusiyanın “Kuban” klubunun sabiq futbolçusu Nikola Nikejiç FİFA və UEFA-ya rəsmi müraciət edib. Apasport.az saytının məlumatına görə, çernoqoriyalı hücumçu göndərdiyi məktubda I divizionda oynayan keçmiş komandasından şikayət edərək, onun sərt cəzalandırılmasını tələb edir. Nikejiçin sözlərinə görə, “Kuban”ın rəsmiləri onu döyərək, silahla hədələyərək, onun 1 illik müqaviləsini pozmağa məcbur ediblər.
Klub qış təlim-məşq toplanışına aparmadığı legionerə müqaviləni pozmağı təklif etsə də, bundan imtina edib. Nikejiç onu danışıqlar üçün “Kuban”ın bazasına çağırdıqlarını və orada fiziki təzyiqlərə məruz qaldığını bildirib: “Məni qarşılayan məşqçilərindən biri – Nikolay Xlıstunov otağa keçməyimi təklif etdi. Müqaviləni könüllü pozmağı qəbul etmədiyimdən sonra otağa iki güclü bədənli insan girdi. Onlardan biri sənədi aqressiv şəkildə üzümə soxaraq, onu imzalamağımı tələb etdi. İmtina etdiyimi görəndə böyrəyimə zərbə vurdu və tələbini təkrarladı. Bir daha “yox” cavabımı eşidəndə yenidən həmin yerimə zərbə vurdu, ikinci isə gödəkçəsini çıxardı ki, onun altında iki tapança vardı. Məni yerə yıxdılar və hər ikisi döyərək, boğmaya başladılar. Bu, təxminən 20 dəqiqə davam etdi. Bundan sonra tam gücdən düşdüyümdən, həyatımdan qorxaraq, naməlim sənədləri imzaladım. Oradan getdiyim zamanı biri mənə dedi ki, axmaqlıq etməyərək, heç kimə üz tutmayıb. Əks halda ailəmi Çernoqoriyada da tapacaqlar. Onların sözlərinə gör, burada çoxlu ruslar yaşadıqlarından orada əlaqələri var”.
Nikola FİFA və UEFA prezidentləri Yozef Blatterlə Mişel Platini Krasnodar təmsilçisinə sanksiya tətbiq edilməsini xahiş edir.

0
0