Əfran İsmayılov “Xəzər Lənkəran”ın uduzmasına sevinir
15.03.2011 - 12:28
Əfran İsmayılov “Xəzər Lənkəran”ın uduzmasına sevinir
“İnter”lə oyunda meydana çıxmamağım sırf örtüklə bağlı idi. Çünki “Şəfa” stadionunun süni örtüyü pis vəziyyətdədir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov deyib.

Ardıcıl 8 oyundur xal itirməyən “Qarabağ” cümə günü AZAL-ı qəbul edəcək. Uğurlu seriyanı davam etdirmək niyyətində olan Ağdam təmsilçisi “təyyarəçilər”i büdrətmək niyyətindədir. Nazim Süleymanovun yetirmələrinin sonuncu turda qələbə qazanması əyalət təmsilçisini narahat etmir. “Qarabağ” meydan amilindən də yararlanmaq niyyətindədir: “Çətin oyun olacaq. Hər komanda ilə başabaş mübarizə aparacaq gücdədirlər. Biz də qələbələrin davamını gətirmək istəyirik. Öz meydanımızda oynayacağıq. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Təbii ki, oyun təbii ot örtüklü meydanda keçiriləcəyindən mən də oynayacağam”.

Son turda AZAL-ın “Xəzər Lənkəran”ı büdrətməsinə də toxunan İsmayılov bunun ancaq sevindirici hal olduğunu vurğulayıb: “İşimizə çox yaşadı. Hamı turnir cədvəlində bir-birinə yaxındır. Əlbəttə, öz oyunumuz haqda düşünməliyik. Ancaq rəqibimizin büdrəməsi də diqqətimizdən yayına bilməz”.
0