Mahir Şükürov “Neftçi”də!
15.03.2011 - 12:20
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov Bakının “Neftçi” klubunun düşərgəsində yer alıb. Apasport.az-ın “ağ-qaralar”ın rəsmi saytına istinadən məlumatına görə, Rusiyanın “Anji” komandasının yarımmüdafiəçisinin gəlişinin əsas təşəbbüskarı yığmamızın baş məşqçisi Berti Foqts olub. Məlum olduğu kimi, Mahir Belçika milli komandası ilə rəsmi oyuna çağırılsa da, son vaxtlar zədə səbəbindən meydana çıxmır.
AFFA rəhbərliyi ilə Foqts “Neftçi” rəsmiləri və baş məşqçi Arif Əsədovla bir daha əlaqə qurmağı lazım bilib. Almaniyalı çalışdırıcı Şükürovun “Neftçi”nin düşərgəsində məşq etməsi üçün rəsmən müraciət edib.
“Neftçi” isə milli komandamızın vitse-kapitanı olan Mahirin yığmamızın növbəti matçına daha yaxşı hazırlaşması üçün futbolçuya belə bir şərait yaradıb.
Qeyd edək ki, Foqts bir neçə gün öncə milli üzvləri ilə bağlı Əsədovla görüşüb.

0
0