“İnter” və “Xəzər Lənkəran” azarkeşlərinə görə cəzalandırıldı
15.03.2011 - 13:01
“İnter” və “Xəzər Lənkəran” azarkeşlərinə görə cəzalandırıldı
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, Premyer Liqamızın son turunda “Şəfa” stadionundakı keçirilən oyunlara hüquqi qiymət verilib.

“İnter” – “Qarabağ” və AZAL – “Xəzər Lənkəran” oyunlarında qonaqlar azarkeşləri meydançaya kənar əşyalar atdığı üçün hərəyə 2000 manat cərimələniblər.

MOİK-in müdafiəçisi Ramin Tanrıverdiyevlə “Gəncə”nin legioneri Patrik Nikeu kobud oyuna görə birbaşa qırmızı vərəqə aldıqlarından, hərəyə 2 oyunluq cəzaya və klublarını 2000 manat cəriməyə məruz qoyub. “Turan” 4 futbolçusu sarı vərəqə aldığı üçün 1000 manat cərimə ödəməli olacaq.

Mənbə: pfl.az