AFFA daha bir klubu çempionatdan kənarlaşdırdı
15.03.2011 - 13:16
Azərbaycanın növbəti futbol klubu çempionatdan kənarlaşdırıldı. Apasport.az saytının məlumatına görə, AFFA-nın İntizam Komitəsinin bugünkü iclasında “Ədliyyə” ilə bağlı belə qərar çıxarılıb. “Nazirlik komandası” Azərbaycan çempionatının I divizionunda iştirakını dayandırdığından, kənarlaşdırılıb. “Ədliyyə” çempionatda oyunların 50 faizindən çoxunu keçirdiyindən, iştirak etmədiyi qalan bütün oyunlarında ona 0:3 hesablı texniki məğlubiyyət verilir.
Qeyd edək ki, son 3 oyunda meydana çıxmayan “Ədliyyə” turnir cədvəlində 11-ci yerdə gedirdi. Komanda vaxtilə güclülər dəstəsində iştirak edib.
Qeyd edək ki, son 3 oyunda meydana çıxmayan “Ədliyyə” turnir cədvəlində 11-ci yerdə gedirdi. Komanda vaxtilə güclülər dəstəsində iştirak edib.
0
0