“Azərbaycan yığmasının yerli futbolçuları legionerlərdən geri qalmır”
15.03.2011 - 13:34
“Azərbaycan yığmasının yerli futbolçuları legionerlərdən geri qalmır”
“Fikrimcə, Azərbaycana səfərimizi faydalı saymaq olar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Latviyanın futzal yığmasının baş məşqçisi Artur Şketov deyib. Bakıda beynəlxalq turnirdə iştirak edən latışlar bütün oyunlarda uduzsalar da, çalışdırıcı nəticəni əsas saymır.

Şketov bildirib ki, Bakıda legionerlərsiz oynadıqlarından, yığmanın yaxın ehtiyat qüvvəsinə baxıblar: “Üstəlik, özümüzü çox güclü rəqiblərlə görüşümüzü sınadıq. Bakıdakı turnirin əlavə yorğunluğu gətirdiyini demək yaxşı çıxmazdı. Azərbaycan yığmasında ən gücü 4 braziliyalı və Borisovla Fərzəliyev təşkil edir. Onlar texnika cəhətdən cənubi amerikalılardan geri qalmır. Azərbaycanla oyunun ilk hissəsində yalnız 1:2 hesabı ilə uduzurduq, ikinci hissədə isə lazım olmayan 3-cü və 4-cü qolları buraxdıq, bir az dağıldıq. Onu qeyd etmək lazımdır ki, Azərbaycanın gənclər yığması ilə oyunumuz bir sutkadan az vaxtda idi. Əgər turnirə yekun vursaq, biz məğlubiyyətlərdən nəticə çıxardıq, səhvlərimizi öyrəndik və Sloveniyadakı seçmə mərhələdə yetərincə güclü oynadıq”