Oynamaya-oynamaya zədələnənlər
15.03.2011 - 14:13
Son illər Azərbaycan futbolunda yenilik müşahidə olunur. Apasport.az saytının məlumatına görə, bu yenilik ölkə xaricindəki legionerlərimizin oynamaya-oynamaya zədələnməsi ilə bağlıdır.
Rusiya Premyer Liqasında oynaması ilə fəxr etdiyimiz Mahir Şükürov artıq neçə vaxtdır Mahaçqala “Anji”sinin əsas heyətinə həsrət qalıb. Səbəb kimi isə zədə göstərilir. Hərçənd, dağıstanlılar əsas heyətlə Türkiyə toplanışına yollandığı vaxtda həmyerlimiz əvəzedici komanda ilə Türkmənistana yollanmışdı. Bu, isə qışda heyətini gücləndirən “Anji”nin Mahir səviyyəsində oyunçuya ehtiyacı olmamağından irəli gəlirdi.
Əsas komandada oynamayan futbolçumuz aldığı zədə üzündən geri də qayıtdı. Səbəb yenə zədə göstərilir. Amma zədəli Şükürov artıq “Neftçi”nin məşqlərində iştirak edir. Görəsən bu necə zədədir ki, “Anji”də məşq etmək olmur, “Neftçi”də olur?
Bunun çox sadə səbəbi var: klublar və çempionatlar arasındakı səviyyə fərqi. Nə olsun ki, hər iki yarış Premyer Liqa adlanır. Adla deyil ki? Axı “Neftçi”də, Azərbaycan çempionatında oynamaq tam başqadır, Rusiyada MOİK, “Zenit” qarşısına çıxmaq başqa şey.
Bunu 2005/06 mövsümündə də görmüşük. Türkiyə “Kayserispor”unda çıxış edən Rəşad Sadıqovun daban nahiyəsində ciddi zədə var idi. Bu, ona legioner karyerasını davam etdirməyə imkan vermədi. Amma 2-ci dövrədə “Neftçi”də oynayıb komanda üçün əlindən gələni etdi, özü də zədəli-zədəli. Düzdür, bir var oynamaq, bir də var məşq etmək. Lakin Mahirin məşqlərinə buraxılmadığı “Anji” ilə “Neftçi”nin hazırlıqları da eyni deyil axı. Bir var Roberto Karlosla məşq edəsən, bir də var Vitali Kovalyovla.
Lakin Mahirin necə zədələnməsi də maraqlıdır. Necə olur ki, futbolçularımız əsas heyətdə yerini itirən kimi meydana zədə problemi çıxır? Ötən il bunu Vaqif Cavadovun da timsalında görmüşdük. Böyük səs-küylə Hollandiyanın “Tvente” klubuna transfer olunan hücumçunun gücü yalnız əvəzedici komandada oynamağa çatdı. Sonra isə zədələndi. Əsas komandada oynamaya-oynamaya. Sonradan “Bakı”ya icarəyə verildi, “Tvente”də debüt etmədən.
Yığmamızın hər 2 futbolçusu eyni ssenari yaşayıb: heyətə düşə bilmir, zədələnir, qayıdır. Mahir müvəqqəti məşq etməyə qayıtsa da, heyətə düşə bilməməyin səbəbi bəlli və aşkardır: rəqabətə dözə bilməmək, yəni ustalıq səviyyəsi. Belə vəziyyətdə zədələnməyin də səbəbi yalnız və yalnız birdir: fiziki cəhətdən zəif olaraq, avropalıların məşqlərinə tab gətirməmək. Axı Stiv Maklaren və Hacı Hacıyevin məşqləri bizim məşqçilərin hazırlıqlarından fərqlidir. Əgər fiziki cəhətdən zəiflik də yoxdursa, onda zədənin varlığının özü şübhəyə səbəb yaradır.

0
0