Mahir Şükürov: Həkimlər məşq edə biləcəyimi bildirdilər
15.03.2011 - 16:13
Mahir Şükürov: Həkimlər məşq edə biləcəyimi bildirdilər
“Zədə səbəbindən “Anji”nin heyətində yer ala bilmirəm. Bu məqsədlə vətənə qayıtdım”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının futbolçusu Mahir Şükürov deyib.

Zədə səbəbindən “Anji”ni düşərgəsini tərk edərək Bakıya qayıdan həmyerlimiz bu gündən “Neftçi”nuin hazırlığına qoşulub. Mahir “ağ-qaralar”ın rəsmi saytına fikirlərini açıqlayıb: “Həkim müayinəsindən sonra onlar məşq edə biləcəyimi bildirdilər. AFFA rəhbərliyi və yığmamızın baş məşqçisi Berti Foqts məşq etməyim üçün “Neftçi”nin rəhbərliyinə və baş məşqçi Arif Əsədova müraciət etdi. Sağ olsunlar, onlar da bu müraciəti müsbət cavabladı. Hazırda “Neftçi”nin düşərgəsində məşq edirəm. Buna görə, “Neftçi” rəhbərliyinə, məşqçilərə və futbolçulara öz təşəkkürümü bildirirəm”.