“Belə futbolçuların “İnter”ə keçidinə imkan verməyəcəyəm!” - MÜSAHİBƏ
15.03.2011 - 16:49
Bakının “İnter” komandasının baş məşqçisi Kaxaber Sxadadze klubun rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, gürcü mütəxəssis son günlər uğursuzluq zolağında olan komandası ətrafında cərəyan edən hadisələrlə bağlı fikirlərini bildirib.
- “Qarabağ”la “altılığ”ın ilk oyunu bərabər səviyyədə alındı. Lakin “İnter” 2 qol buraxdı və çempionatda ardıcıl ikinci dəfə məğlubiyyətə uğradı...
- Düşünürəm ki, görüşdə hər 2 komanda eyni səviyyədə oynadı. Müəyyən zaman kəsiyində topa daha çox biz, digərində isə “Qarabağ” nəzarət etdi. Birinci qopun vurulmasına öz səhvimiz səbəb oldu. Təəssüf ki, biz yenə də çox mənasız qol buraxdıq. Belə qollar ikiqat xoşagəlməzdir, axı, biz rəqib komandanın təzyiqi fonunda qol buraxsaydıq, o zaman adama belə ağır gəlməzdi. Mənasız buraxılmış qollar futbolçulara psixoloji təsir də göstərir. Bu da öz növbəsində matçın sonrakı gedişatına çox mənfi təsir göstərdi. Oyunsonrası mətbuat konfransında mən bu məsələyə toxunmuşdum.
Bundan başqa, klub prezidenti Georgi Nikolovun müsahibəsilə tanış oldum və bununla bağlı fikirlərimi bildirmək istərdim. Birincisi, jurnalist mətbuat konfransında dediklərimlə bağlı sualını dürüst ifadə etməyib. Axı mənim nə dediyimi hamı eşitdi. Bir daha təkrar edirəm, mətbuat konfransında demişdim ki, komandanın yeni futbolçularla gücləndirilməsində klubun bütün rəhbərliyi maraqlı idi. Lakin bizimlə işləyən menecerlər və agentlər bizə uyğun oyunçular təklif etmədilər. Bizə uyğun gəlməyən 6 futbolçunu baxışdan keçirdik. Ona görə də, hər hansı maliyyə detallarından söhbət belə gedə bilməz. Konkret məbləğ barədə hətta danışıqlar da aparılmayıb. Ona görə ki, ustalıq səviyyəsinə görə bizə uyğun gəlməyən futbolçularla müqavilə imzalanmasına lüzum görmədim. Bu yaxınlarda sponsorla görüşdə mənə belə bir sual ünvanlandı: “Nəyə görə qış transfer dövründə bir yeni futbolçu əldə edilmədi?” (“Xəzər Lənkəran”dan icarəyə götürülmüş Asif Məmmədov istisna olmaqla). Bu suala cavab verdim ki, uyğun gələn futbolçu olmadı. Mən hesab edirəm ki, Azərbaycana orta səviyyədən aşağı legioner dəvət etməməyin vaxtı gəlib çatıb.
- Belə çıxır ki, nəzərinizdə öncədən müqavilə imzalamaq istədiyiniz konkret hər hansı bir futbolçu olmayıb?
- Bilirsiniz, yalnız o halda futbolçu təklif edə bilərik ki, onu bəyənmişik. Ancaq bizə qışda təklif olunan futbolçular xüsusi olaraq heç nə ilə fərqlənmədilər. Buna görə də, yeni futbolçularsız qaldıq.
- Son günlər klubun fəxri prezidenti Cahangir Hacıyevin oyundan sonra “İnter”in prezidenti Georgi Nikolov və sizinlə görüşü ilə bağlı müzakirələr aparılır. Görüşdə nə müzakirə olunduğunu deyə bilərsiniz?
- Biz çox uzun söhbət etdik. Hələlik kifayət qədər mənfi nəticələr nümayiş etdiririk. Mən fikirlərimi bölüşdüm, psixoloji planda olan problemlərə toxundum. Biz “Xəzər Lənkəran”a heç nədə uduzmadıq, lakin oyunun gedişində 0:3 hesabla məğlub olduq. Bu da futbolçuların psixologiyasına təsir göstərir və nəticədə özünəinam itirilir.
- “Birlik kuboku”nda əldə edilmiş qalibiyyət bu planda komandaya əlavə inam verməli idi...
- “Birlik kuboku”nu əla keçirdik. 6 oyunda bir qol buraxmadan 16 qol vurduq. Oradan qayıtdıqdan sonra çempionatda kifayət qədər inamlı 2 oyun keçirdik. Birdən müşahidə etdiyimiz hadisə baş verdi. Dönüş anı “Xəzər Lənkəran”la matç oldu. Sonra gənc futbolçuları yoxladığımız “Abşeron”la o qədər də inamlı keçirilməyən oyun və uğursuz alınan “Qarabağ”la görüş baş tutdu. Ancaq biz futbolçularla söhbət etdik və onlar bunu başa düşdülər. Bunu onların məşqlərdə göstərdikləri hərəkətlərdə də görmək olar. Futbolçular onlara göstərdiyim çatışmazlıqları aradan qaldırmağa çalışırlar. Axı futbolda o qədər də uğurlu anlar olmur və həmin oyunları tez unutmaq lazımdır. Bizə öz oyunumuzu qaytarmaq lazımdır. Komandanın 2 həftə öncə nümayiş etdirdiyi oyunu qaytarmaq lazımdır və o zaman hər şey normallaşacaq.
- Uğursuz nəticələr bizi baş tutmayan gücləndirmə məsələsinə qaytarır...
- Klubun sponsoru ilə görüşdə gücləndirmə məsələsinə toxunduq. Bu mövzu ilə əlaqədar hələ qış fasiləsinədək danışmışdıq. Həmin dövrdə bizə uyğun gəlməyən futbolçularla vidalaşdıq, onların yerinəsə yeni oyunçular tələb olundu. Təəssüf ki, bundan əvvəl dediyim kimi, təklif olunan futbolçular lazımi səviyyədə olmadılar. Belə futbolçuların kluba keçməsinə imkan verməyəcəyəm!
Bundan başqa, unutmaq lazım deyil ki, hazırda ixtiyarımızda olan futbolçularla biz ötən mövsüm Azərbaycan çempionu olduq və onlar çox şeyə qadirdilər. Bizə yalnız həmin kondisiyaları qaytarmaq lazımdir, hansı ki komanda böyük nəticələrlə müşayiət olunan yaxşı futbol nümayiş etdirmək iqtidarındadır.
- Sizinlə son söhbətimizdə qeyd etmişdiniz ki, tezliklə komandanın növbəti mövsüm üçün gələcək planı məlum olacaq. Bu müəyyənləşibmi?
- Bununla bağlı Cahangir Hacıyevlə söhbətimiz oldu və o, mənə tam dəstək verdi. Biz belə qərara gəldik ki, gələcək haqqında artıq bu gün düşünmək lazımdır. Mən seleksiya işinin gücləcləndirilməsinin vacibliyini qeyd etdim. O, mənə tam dəstək verdi və etimad göstərdi. Bundan başqa, biz belə qərara gəldik ki, hansısa yeni futbolçunun komandaya keçidi klub sahibi ilə şəxsən müzakirə ediləcək.
- Təəssüf ki, bu problemlər “İnter”i “altılığ”ın əvvəlində yaxaladı. Qrafik kifayət qədər mürəkkəbdir və hər həftə güclü rəqiblə oynamaq lazım gələcək. Arıtq martın 18-də komanda “Bakı” ilə görüşəcək. Futbolçuların bu oyuna hansı kondisiyalarla və hansı psixoloji vəziyyətdə yanaşacaqlarını açıqlaya bilərsinizmi?
- Düşünürəm ki, bir qələbə yaranmış vəziyyətdən çıxmağımıza kömək edəcək. İlk növbədə psixoloji planda yardım göstərəcək. “Bakı” ilə oyundan sonra 2 həftəlik fasilə yaranacaq. Bu fasilədən futbolçuların dincəlmələri və çempionatın növbəti oyunlarına hazırlaşmaları üçün istifadə edəcəyik. Sonra mürəkkəb dövr olacaq, bizi sərt qrafikli ağır oyunlar gözləyir. Həmin dövrdə isə yalnız bərpa olunmaq və oynamaq, oynamaq və bərpa olunmaq lazım gələcək.

0
0