Qvardiolanın əmri: Pike, öp onu
15.03.2011 - 18:03
İspaniya milli komandasının futbolçusu Jerar Pikenin super ulduz Şakira ilə birlikdə yeni şəkilləri yayılıb. Apasport.az saytının məlumatına görə, bu, “Barselona” klubunun müdafiəçisinin dünya şöhrətli müğənni ilə mətbuata sızan ilk öpüş anıdır. Pike ilə Şakiranın ictimai yerdə, özü də fotoqraf qarşısında öpüşməsi isə Kataloniya təmsilçisinin baş məşqçisi Pepe Qvardiolanın əməyidir. Belə ki, bunu futbolçudan məhz mütəxəssis tələb edib. Pikeyə tapşırılıb ki, bu söz-söhbətlərə son qoyaraq hər şeyə aydınlıq gətirsin. Həmin ulduz öpüşünü isə ilk olaraq Argentinanın “Karas” jurnalı dərc edib.
0
0