“Şərtlər dəyişməsə, komandadan ayrılacağam”
16.03.2011 - 00:00
“Şərtlər dəyişməsə, komandadan ayrılacağam”
Bu gedişlə birinci diviziona düşəcəyik. “Muğan”la oyunda şanslarımız olsa da, vura bilmədik. Ancaq onlar istifadə etdilər. Demək olar, hər oyunda təhlükəli vəziyyət yaradırıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Simurq”un hücumçusu Samir Əliyev deyib.

Cari çempionatın autsayderlərindən hesab edilən Zaqatala təmsilçisi “altılıq” oyunlarına da məğlubiyyətlə başlayıb. “Muğan”a yenilən “sarı-qaralar” xal ehtiyatını artırmaq imkanını əldən verib. Ancaq təcrübəli futbolçu vacib oyunların qabaqda olduğunu deyib: “Hələ bir oyun oynamışıq. “Altılıq”dakı qarşılaşmalar qarşıdadır. Xal ehtiyatımızı artırmağa çalışacağıq”.

Bir vaxtlar yığma komandanın da formasını geyinən hücumçu hazırkı şəraitin dəyişməyəcəyi təqdirdə yayda komandada qalmayacağını da qeyd edib: “Yayda necə olacağını indidən demək çətindir. Şərtlər dəyişməsə, komandada qalmayacağam. Ancaq irəliyə doğru nəsə dəyişsə, fikirləşməyə dəyər”.