“Qəbələ” Soçiyə yola düşür
16.03.2011 - 00:05
“Qəbələ” Soçiyə yola düşür
“Qəbələ”nin 15 yaşa qədər futbolçularından ibarət komandası Rusiyanın tanınmış futbolçusu və məşqçisi Valentin Bubukinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak etmək məqsədilə martın 20-də Soçi şəhərinə yola düşəcək. Apasport.az saytının xəbərinə görə, Rusiya Futbol İttifaqının bayrağı altında bu il üçüncüsü təşkil olunacaq turnirdə komandalar 8 yaş qrupu üzrə mübarizə aparacaqlar. Birincilikdə 12 ölkədən təmsilçilərin iştirakı gözlənilir. Artıq “Qəbələ” ilə eyni yaş qrupunda mübarizə aparacaq komandaların adları məlumdur. Qruplar müəyyənləşməsə də, təmsilçimizin aşağıdakı kollektivlərlə qarşılaşmaq ehtimalı var: UGİM Vladivastok, “Qazprom” (Həştərxan, Rusiya), “Naşa Kampaniya” (Astana, Qazaxıstan), “Vostok” (Xabarovsk, Rusiya), “Yunost” (Vladiqafqaz, Rusiya), Dağıstan yığması, “Siqnal” (Çelyabinsk, Rusiya), “Torpedo” (Vladimir, Rusiya), “Məşəl” (Daşkənd, Özbəkistan), “Pobeda-1” (Xasavyurt, Rusiya), “Master-Saturn” (Yeqorevsk, Rusiya), “Nijniy Novqorod” (Nijniy Novqorod, Rusiya), “Jemçujina” (Soçi, Rusiya), “Zvezda Znamensk” (Həştərxan, Rusiya), “Mitino” (Moskva, Rusiya), “Spartak” (Nalçik, Rusiya), “Drujba” (Sankt-Peterburq, Rusiya), “Timiryazevets” (Moskva, Rusiya), “Kubanoçka” (Krasnodar, Rusiya).

Turnirə 28 nəfərlik heyətlə yollanacaq kollektivə “Qəbələ” Futbol Akademiyasının direktoru Ali Yavaş başçılıq edəcək. Komanda 7 gün davam edəcək turnir boyunca birinciliyin keçiriləcəyi Daqomıs kompleksində yerləşən “Olimpiyski” otelində məskunlaşacaq. “Qəbələ” Soçiyə aşağıdakı futbolçu heyəti ilə yollanacaq:

Qapıçılar: Əli Həsənli, Mikayıl Qasımov

Müdafiəçilər: Vəzir Musayev, Feyruz Mustafayev, Elgün Hüseynli, Elməddin Muradov, Bəhram Mehdizadə, Orxan Mehrəlizadə

Yarımmüdafiəçilər: Ümid Səmədzadə, Zöhrab Əlizadə, Nəsrulla Süleymanov, Qismət Əliyev (k), Seyidrazi Ağayev, Rəhman Şabanov, Tərlan Əhmədov, Həzi Hümbətli, Yusif Dilanov

Hücumçular: İlkin Mehdiyev, Ehtiram Şahverdiyev