Mahmud Qurbanov üçün tarixi an
16.03.2011 - 13:23
Azərbaycan Premyer Liqasının XXIV turu yeni rekordla əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, milli komandamızın sabiq futbolçusu Mahmud Qurbanov ölkə çempionatlarında 400-cü oyununun ərəfəsindədir.
38 yaşlı veteran futbolçu martın 18-də keçiriləcək “İnter”lə qarşılaşmada meydana çıxacağı halda, 4-cü “yüzlüyü” tamamlayacaq. Mahmud futbol tariximizə buna nail olan ilk futbolçu kimi düşəcək. Bu günə kimi çempionatda meydana çıxdığı 399 matçda 61 qol vuran Qurbanovun yubiley oyunu sabiq komandasına qarşı olacaq. Belə ki, o, “Bakı”ya “İnter”dən keçmişdi.
Bu göstəricidə ən yaxın izləyicisi Aslan Kərimovu xeyli qabaqlayan Mahmud 400-ə çatana qədər 6 klubun formasını geyinib. Onların hər biri ilə çempionluq sevinci yaşayan yarımmüdafiəçi Azərbaycanın ən titullu futbol adamıdır. Belə ki, nə məşqçi, nə də futbolçular arasında bu qədər mükafat qazanana rast gəlmək olar.
“Kəpəz”lə 1994/95, 1997/98, 1998/99, “Şəmkir”lə 1999/2000, 2000/01, “Neftçi” ilə 2003/04, 2004/05 mövsümlərində qızıl medal qazanan orta sahə oyunçusu 2006/07-də “Xəzər Lənkəran”, 2007/08-də “İnter”, 2008/09-da “Bakı” ilə titul qazanıb. On qat Azərbaycan çempionunun daha 2 qızıl medalı haqsızlığın qurbanı olub.
1996/97-də əsasnamə “Neftçi”nin əldə etdiyi birinciliyin “Qarabağ”a verilməsi ilə nəticələnib. Bu gün “Neftçi” də, sonradan yaranan PFL də həmin çempionluğu “ağ-qaralar”ın ayağına yazsa da, 14 il əvvəl təqdim olunan qızıllar ağdamlılara verilib. 2001/02 mövsümündə isə çempionluğun 1 addımlığında olan “Şəmkir” və Qurbanov “Neftçi”ylə “Xəzər Universiteti”nin (indiki “İnter”) başçılıq etdiyi qiyamçıların “qurbanı” oldu və çempionat sona çatdırılmadı.
1996/97 mövsümündə “Neftçi”də gümüşlə kifayətlənən (həmin vaxt qalmaqallı çempionat üzündən gümüşdən də imtina olunmuşdu) Mahmud ötən il 2-ci dəfə ikinciliklə barışdı. Bu, “Bakı”da qazanılan medal idi. 1993/94, 1995/96 mövsümlərində isə “Kəpəz”in yarımmüdafiəçisi komandası ilə birgə bürünc qazanıb.
10 qızıl, 2 gümüş və 2 bürüncü olan yarımmüdafiəçi yalnız 3 dəfə - 1992, 1993 və 2005/06 mövsümlərində çempionatı medalsız bitirib. Bunlardan da biri qalmaqal üzündən əldən gedib. Belə ki, 1993-cü ildə pley-offla başa çatan çempionatın yarımfinaldakı “Xəzər”lə (Sumqayıt) oyunundakı qələbə əvvəl ləğv edildi. Təkrar oyun uduzulandan sonra bir neçə futbolçu cəzalandırıldı. Nəticədə gəncəlilər 3-cü yer uğrunda oyuna çıxmaqdan imtina etdilər. Hərçənd, bürüncün qazanılma ehtimalı istisna deyildi.
Mahmud Qurbanov Azərbaycan çempionatlarında
Vüqar XEYRULLAYEV

1992 | Kəpəz | 30 | 2 |
1993 | Kəpəz | 15 | 3 |
1993/94 | Kəpəz | 25 | 8 |
1994/95 | Kəpəz | 20 | 4 |
1995/96 | Kəpəz | 20 | 5 |
1996/97 | Neftçi | 23 | 3 |
1997/98 | Kəpəz | 24 | 4 |
1998/99 | Kəpəz | 34 | 6 |
1999/2000 | Şəmkir | 21 | 2 |
2000/01 | Şəmkir | 19 | 6 |
2001/02 | Şəmkir | 23 | 8 |
2003/04 | Neftçi | 4 | 1 |
2004/05 | Neftçi | 32 | 2 |
2005/06 | Xəzər Lənkəran | 25 | 2 |
2006/07 | Xəzər Lənkəran | 24 | 1 |
2007/08 | İnter | 23 | 4 |
2008/09 | İnter | 4 | 0 |
2008/09 | Bakı | 13 | 0 |
2009/10 | Bakı | 11 | 0 |
2010/11 | Bakı | 9 | 0 |
| Kəpəz | 168 | 32 |
| Neftçi | 59 | 6 |
| Şəmkir | 63 | 16 |
| Xəzər Lənkəran | 49 | 3 |
| İnter | 27 | 4 |
| Bakı | 33 | 0 |
| Cəmi | 399 | 61 |
Vüqar XEYRULLAYEV
0
0