“Rot-Vays”ın baş məşqçisi: Azərbaycanlı futbolçu bizə problem yaratmır
16.03.2011 - 15:21
“Rot-Vays”ın baş məşqçisi: Azərbaycanlı futbolçu bizə problem yaratmır
“Komandamızda çoxlu legioner olsa da, onlardan ikisi ilə bağlı problem var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Rot-Vays” klubunun baş məşqçisi Günter Porşa deyib.

Aşağı dəstədə mübarizə aparan Mulheym təmsilçisinin çalışdırıcısı transferini həll edə bilmədikləri əcnəbi futbolçulardan şikayətlənib. O, gəlmələrə adı açıqlanmayan azərbaycanlı legioneri nümunə göstərib: “İraqlı Firas Nəsir və serbiyalı Samuel Saliyeviçin sənədlərini heç cür qaydasına sala bilmirik. Onların işi elə düyünə düşüb ki, yalnız məşqlərimizdə iştirak edirlər. Oyunlarda meydana çıxması üçün isə lazım olan sənədləri toplaya bilmirik. Digər legionerlərimizlə bağlı belə çətinlik yaşamamışdıq. Hərçənd, Azərbaycan, Türkiyə və Kosovodan oyunçularımız var. Lakin bu futbolçular belə problem yaratmır”.

Qeyd edək ki, “Rot-Vays”ın heyətindəki azərbaycanlı futbolçunun kimliyini müəyyənləşdirmək mümkün olmayıb.
0