Mahmud Qurbanov: Bu, mənim üçün bəsdir
16.03.2011 - 17:00
Azərbaycan çempionatının rekordçusu, “Bakı” klubunun futbolçusu Mahmud Qurbanovun apasport.az saytına müsahibəsi
- Siz Azərbaycanın ən titullu futbolçusunuz və növbəti rekordunuza çox az qalıb. Yəqin ki, söhbətin nədən getdiyini başa düşdünüz...
- (gülür) Bilirəm, çempionatda 400-cü oyunuma çıxacağımı nəzərdə tutursunuz. Sağ olun ki, bunu diqqətdə saxlayırsınız. Buna görə sizə minnətdarlığımı bildirirəm. İnşallah, 400-cü dəfə meydana çıxaram. Əlbəttə, bu qədər oynamaq mənim üçün sevindirici haldır. Cari çempionatda qarşıda 9 oyun var. Görək hansında yubileyimi qeyd edəcəyəm.
- Hər halda, Aleksandr Starkovun baş məşqçi postuna gəlişindən sonra oynayırsınız. Elə növbəti turda sabiq komandanız “İnter”lə “Şəfa” stadionundakı görüşdə yubileyi qeyd edə bilərsiniz...
- Ola bilər ki, dediyiniz kimi oldu. “İnter”lə matçda oynasam, əla olar. Biz oynayacağımızı qabaqcadan bilmirik. Baş məşqçi heyəti oyun günü açıqlayır. Buna görə indidən dəqiq bir şey bilmirəm.
- İstənilən halda, bu mövsüm hansısa matçda 400-cü oyununu keçirəcəksiniz.
- (gülür) Razıyam. Bu, olmalıdır. Yəqin ki, həmin matçların birində meydana çıxıb, 400-ə çataram. Bu, mənim üçün əlamətdardır. Sözün düzü, heç bilmirdim. Sağ olun, sizlərin sayəsində bildim ki, hazırkı Azərbaycan çempionatında 400-ə çatan yeganə futbolçuyam.
- Yəqin ki, 399 oyun keçirməyinizdən Starkov da xəbər tutar.
- Vallah, bilmirəm. Bəlkə də xəbəri olar. Nə deyim, ondan bu haqda soruşmamışam (gülür). Yəqin ki, Starkov bunu biləcək. Çünki komandada hər xırda detallara kimi, futbolçularla maraqlanır.
- Yubiley matçının yaxınlaşmasını nə vaxt bildiniz?
- Mənə dedilər ki, 396 oyun keçirmişəm, 4 oyunum qalıb. Sizin saytda çıxmışdı. Onda bilmişəm ki, 400-ə çatmağa az qalıb. Yoxsa açığı, mən bunu hesablamırdım. Sözün düzü, heç yadıma düşmürdü.
- Bəs çempionatda ən yaddaqalan oyun kimi hansını qeyd edə bilərsiniz?
- Hamısı, heç birini ayırmaram. Çünki hər bir oyun mənim üçün imtahandır, əlamətdardır, sevincdir. Belə desəm, daha düz çıxar. Meydanda olanda xoş hisslər keçirirəm.
- İlk oyununuzu xatırlayırsınız?
- Əlbəttə. 1992-ci ildə “Kəpəz”in heyətində olub. Onda komandamızın çempionatda ilk oyunu idi. Gəncədə “Turan”la görüşürdük və 2:1 hesabı ilə qalib gəldik. Həmin matçda 90 dəqiqə oynamışam. Bu, həm “Kəpəz”in, həm də mənim müstəqillik dönəmində Azərbaycan çempionatında debütümüz idi.
- Karyeranızı araşdırarkən bir sıra məqamlarla rastlaşdıq. Birincisi, “Bakı” karyeranızda yeganə komandadır ki, çıxış etdiyiniz 2 ildə hələ də qol vurmamısınız...
- Hə, onu da düz deyirsən. Yəqin ki, meydana az çıxmağımla bağlıdır.
- Milli komandada da uzun müddət qol hesabını aça bilmirdiniz. Amma 2007-ci ilin noyabrın 17-də Finlandiya yığmasına səfərdə 1:2 hesabı ilə uduzduğumuz rəsmi oyunda tilsimi qırdınız...
- Yadıma düşdü. İnşallah, “Bakı”da da qol vuraram.
- Karyeranızda cəmi 3 mövsüm olub ki, mükafatsız qalmısız. “Bakı” ilə cari mövsümdə mükafat qazanmaq şansınızı necə dəyərləndirirsiniz?
- Qarşıda hələ 9 tur var. Kubokda yarımfinala çıxmışıq. Yəni, hər şey ola bilər və mövsümü mükafatla bitirməyimiz mümkündür. Mövsümün axırını gözləyək, görək, nə qazanacağıq. İstərdim ki, Azərbaycan kubokunu qazanaq, çempionatda heç olmasa 3-cü yeri tutaq. Liderlərdən çox arxada qalmışıq və məncə, mükafatçılar sıra düşsək, yaxşı olardı.
- Yaxın izləyiciniz olmadığından rekordunuz uzun müddət qırılmaz qalacaq. Bununla razısınız?
- Yəqin ki. Mən hələ 399 oyun keçirmişəm. 400-ə çatım, sonra görək nə olur (gülür).
- Məqsədiniz çempionatda neçə oyun keçirməkdir?
- Vallah, deyə bilmərəm. Baş məşqçi məni nə vaxt meydana buraxsa, oynayacağam. Fikirləşirəm ki, bir oyunu oynayacağam. Məgər 9 oyunda birində meydana çıxmayacağam? İnşallah, istəyimə çataram.
- Çempionatda ən yaşlı futbolçulardansınız. 38 yaşlı Mahmud Qurbanov karyerasını bu mövsüm bitirməyi düşünürmü?
- Nə deyim? Futboldan ayrılmaq çox çətindir. İstərdim ki, 1 il də oynayım. Futboldan hələ doymamışam, ayrılmaq mənim üçün ağırdır. Ancaq təklif olmasa, əlbəttə ki, gərək karyeramı qurtarım. Bu, məndən asılı olan şey deyil.
- Digər maraqlı məqam karyeranızda qırmızı vərəqə almamaqla bağlıdır...
- Elədir. Mən karyeram ərzində heç vaxt qırmızı vərəqə almamışam.
- İntizamlığınız yaxşı nümunədir. Bunun sirri nədədir?
- Mən kobud oynayan futbolçu olmamışam. Düzdür, meydanda hərdən çılğınlığım olur. Ancaq çalışıram ki, sonda özümü saxlayım. Düşünürəm ki, hakimlərə hörmət etmək lazımdır. Onlar da insandır, səhv edə bilərlər. Qışqır-bağır salmaqla iş keçmir. Həm özünə, komanda yoldaşlarına, həm də qarşındakı rəqibə, hakimlərə hörmət eləməlisən.
- Amma bir şey də var ki, “Neftçi” ilə oyunda baş hakim yüz faizli penalti zərbəsini verməməklə, sizə qarşı haqsızlıq etdi. Bəs bu?
- Baş hakim penaltini hansı səbəbdən vermədi, bunu özü bilir. Olur da, hərdən nəsə artıq söz deyirsən. Ancaq məncə, həddi aşmaq, təhqir etmək də düzgün deyil. Çünki hakimə artıq-əskik nəsə desən, sənə qırmızı vərəqə göstərəcək. Bununla da meydandan qovulursan. Özünü cilovlamaq, özünə, hərəkətlərinə, sözlərinə nəzarət etmək lazımdır.
- Sarı vərəqə də az almısınız. Buna görə cəzalı olmağınız yadınıza düşür?
- Yox. Şükürlər olsun, sarı vərəqə də az almışam. Sevinirəm ki, karyeramda vərəqələrlə bağlı belə göstərici var.
- Ancaq kapitanlığınız da az olub. Yalnız “Xəzər Lənkəran”da kapitan təyin olunmusunuz...
- Düzdür. Kapitan sarğısını daşımaq əsas deyil. Əsas odur ki, komanda yoldaşların bir böyük, təcrübəli futbolçu kimi sənə hörmət etsinlər, sözünə qulaq assınlar. Karyeram ərzində hətta adını açıqlamaq istəmədiyim komanda olub ki, məni kapitan qoyublar, ancaq özüm imtina etmişəm.
- Buna səbəb nə idi?
- Çünki kapitanlığa elə bir əhəmiyyət verməmişəm. Loru dildə desək, mənim kapitanlıqda gözüm olmayıb. Oynadığım komandalarda futbolçular mənə hörmətlə yanaşıblar. Bir böyük, təcrübəli futbolçu kimi dediklərimi normal qarşılayırlar. Bu, mənim üçün bəsdir. Kapitanlığın mənin üçün önəmi yoxdur.
Mehman SÜLEYMANOV

0
0