“Şalke”nin yeni baş məşqçisi müəyyənləşdi
16.03.2011 - 19:06
“Şalke”nin yeni baş məşqçisi müəyyənləşdi
“Şalke” rəhbərliyi baş məşqçi postundan ayrılan Feliks Maqata əvəzləyici tapıb. Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisi almaniyalı mütəxəssis Ralf Ranqniqlə anlaşıb.

Artıq yeni çalışdırıcı ilə ilkin müqavilə imzalanıb. 52 yaşlı Ranqniqin debütü aprelin 1-də baş tutacaq. O, həmin gün yeni komandasını Bundesliqada “Sankt-Pauli” ilə oyuna çıxaracaq.