Ceyhun Sultanov: Bir qələbə qazansaq, hər şey düzələcək
17.03.2011 - 00:01
“Uğursuzluğun səbəbini mən də bilmirəm. Ola bilsin, bir qədər ruh düşkünlüyü yaranıb”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə”nin yarımmüdafiəçisi Ceyhun Sultanov deyib.
Ölkə çempionatının əsas mərhələsində özünü yaxşı tərəfdən göstərməyi bacaran “Gəncə” son oyunlarda ardıcıl məğlubiyyətləri sıralayır. Mükafatlar uğrunda mübarizə aparan komandaları büdrətməyi bacaran Fuad İsmayılovun yetirmələri indi çempionatda qalmaq uğrunda yarışan komandalara boyun əyir.
Təbii ki, bu nəticələrin qeydə alınmasında psixoloji hazırlıq da mühüm rol oynayır. Belə ki, ilk “altılıq” oyunlarına fərqli şəkildə hazırlaşdıqlarını deyən yarımmüdafiəçi əvvəlki vəziyyətlərinə qayıtmaları üçün bir qələbəyə ehtiyaclarının olduğunu vurğulayıb: “Həvəs deyəndə, oynayırıq. Bu gün çempionatda qalmaq uğrunda mübarizə aparan komandaların bizə çatması çox çətindir. Ən yaxşı halda, “Turan” bunu bacarar. Ancaq “Simurq”un bizi keçməsi inandırıcı deyil. Həm də əsas mərhələdə iddialı komandalara qarşı oyunlara fərqli hazırlaşırdıq. Fikrimcə, bir qələbə qazansaq, hər şey düzələcək”.
Sultanov ikinci “altılıq”da da oyunların çətin keçdiyini bildirib: “Bütün oyunlar çətin olacaq. Asan oyun yoxdur. Sonuncu pillədə qərarlaşan MOİK-də ciddi müqavimət göstərir”.
Bir vaxtlar millinin formasını geyinən yarımmüdafiəçi mövsüm sonunda hazırkı komandasında qalıb-qalmayacağını isə hələ qətiləşdirməyib: “Qalıb-qalmayacağım klub rəhbərliyindən asılı olacaq. Təklif alıb-almamağımla bağlı indidən fikir səsləndirməyim düzgün olmazdı. Müqaviləm yayda başa çatacaq. Bundan sonra nəsə deyə bilərəm”.

0
0