Samir Abasov milli komandamızın heyətindən çıxarıldı
17.03.2011 - 11:17
Samir Abasov milli komandamızın heyətindən çıxarıldı
Azərbaycan milli komandasının Belçika yığması ilə rəsmi oyun öncəsi heyətlə bağlı problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın yarımmüdafiəçisi Samir Abasov heyətdən çıxarılıb.

Hazırda millimizdə ən yaşlı futbolçu olan 33 yaşlı Samir zədəli olduğundan, martın 19-dan 26-dək Almaniyanın Veqberq, 26-dan 29-dək Brüsseldəki təlim-məşq toplanışında iştirak etməyəcək.

Qeyd edək ki, Abasovun yoxluğunda millimizin baş məşqçisi Berti Foqtsun sərəncamında 20 futbolçu qalır.