“Bu, həm gülməli, həm də ağlamalıdır” - FOTO
17.03.2011 - 11:31
“Bu, həm gülməli, həm də ağlamalıdır” - FOTO
Bosniya və Herseqovina yığmasının futbolçusu Zvezdan Misimoviç “Qalatasaray”dan gedişi ilə bağlı maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, Moskva “Dinamo”suna keçən yarımmüdafiəçi keçmiş baş məşqçisi Georgi Hacı ilə münaqişədə olmadığını bildirib.

Misimoviçin sözlərinə görə, problem onun saqqız çeynəməsi imiş: “Mənim Hacı ilə heç bir münaqişəm olmayıb. Məni əvəzedici komandaya göndərdilər. Mən də satılmağımı tələb etdim. Hacı dedi ki, sən mənə lazım deyilsən, çünki saqqız çeynəyirsən. Buna nə deyəsən? Bu, həm gülməli, həm də ağlamalıdır. Məni düzgün başa düşün, mənə ciddi şəkildə bu sözləri deyən məşqçi ilə ümumiyyətlə necə işləmək olar?”