Rusiyalı futbolçunun həyat yoldaşı avtomobil qəzasında dünyasını dəyişib
17.03.2011 - 11:42
Futbol üzrə Rusiya yığmasının qapıçısı Vyaçeslav Malofeyev ağır itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, uzun illərdir “Zenit” komandasının şərəfini qoruyan futbolçunun həyat yoldaşı Marina Sankt-Peterburqda avtomobil qəzasında həlak olub.
Hadisə bu gün səhər saat 05:30 radələrində Primorski prospektində baş verib. “Bentli” markalı avtomobillə idarəetməni itirən Marina reklam lövhəsini yıxaraq, ağaca dəyib. Zərbə nəticəsində Marina yerindəcə ölüb. Avtomobildə ona məxsus gözəllik salonunun sənədləri aşkarlanıb. Maşında olan digər şəxs isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.

0
0