Marina Malofeyeva sürücü axtarırmış
17.03.2011 - 12:23
Marina Malofeyeva sürücü axtarırmış
Rusiyanın “Zenit” klubunun qapıçısı Vyaçeslav Malofeyevin həyat yoldaşı həlak olduğu zaman tək olmayıb. Apasport.az saytının məlumatına görə, Marina Malofeyevin idarə etdiyi “Bentli” avtomobilində bir kişi də olub. Ağır xəsarət alan həmin şəxs xəstəxanaya aparılıb və onun şəxsiyyəti müəyyənləşdirilir.

Maraqlıdır ki, Marina ölümündən 3 gün öncə öz internet səhifəsində sürücü axtarması ilə bağlı elan verərək, hətta öz mobil telefon nömrəsini də qoymuşdu. Görünür, onun sürücülüklə bağlı problemi varmış və bu da sonda ona həyatı bahasına başa gəldi.

Qeyd edək ki, Marina imkanlı qadın olub. Öz adını daşıyan gözəllik salonunun sahibi olan xanım “M16” Peterburq qrupunda prodüserlik edirmiş. 2001-ci ildə ailə həyatı quran Malofeyevlərin iki övladı olub. Qızı Kseniya 2003-cü ildə, oğlu Maksim 2006-cı ildə dünyaya gəlib. 37 yaşlı Marina ərindən 5 yaş böyük olub.