AFFA klublara “dərs” keçdi
17.03.2011 - 13:24
Bu gün AFFA-nın Futbol Akademiyasında seminar keçirilib. Apasport.az saytının məlumatına görə, seminar “UEFA-nın klub yarışlarında və Azərbaycan Futbol “Premyer Liqası”nda iştirak etmək üçün UEFA-nın “Financial Fair Play qaydaları”nın 2012-2013-cü il lisenziyalaşdırma mövsümündən tətbiqi ilə əlaqədar olaraq, Premyer Liqa və I Divizionda çıxış edən klubların Maliyyə və Lisenziyalaşdırma üzrə menecerləri üçün təşkil olunub.
AFFA-nın Lisenziyalaşdırma qrupunun rəhbər müavini İlqar Əliyev, maliyyə meyarları üzrə eksperti Bəhram Dadaşov, UEFA üzrə əlaqələndiricisi Nicat Hüseynovun iştirakı ilə keçirilən seminarda “Financial Fair Play” qaydalarının məqsədindən, tələblərindən və vacibliyindən danışılıb. Bundan başqa, maliyyə menecerlərinin vəzifəsi, fəaliyyət istiqaməti, maliyyə hesabatlarının şəffaf tərtib edilməsi, maliyyə meyarlarına edilmiş əlavə və dəyişikliklər barədə seminar iştirakçılarına ətraflı məlumat verilib, klub nümayəndələrinin sualları cavablandırılıb.
Mənbə: affa.az

0
0