Marina Malofeyevanın yanında sərxoş müğənni olub
17.03.2011 - 13:50
Marina Malofeyevanın yanında sərxoş müğənni olub
Rusiyalı qapıçı Vyaçeslaf Malofeyevin həyat yoldaşı ilə avtomobil qəzasına düşən şəxs müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qəzada həlak olan Marinanın yanında müğənni Dmitri Rıbakov olub.

O, xanımın prodüseri olduğu “M-16” qrupunun solistlərindən biridir. Qrupunun mətbuat katibi Levan Matua Rıbakovun həmin vaxt maşında olduğunu təsdiqləyib. Onun sözlərinə görə, ötən gecə prodüser mərkəzində ziyafət olub və uşaqlar spirtli içkilər qəbul edib. Dmitri də kefli olub və Marina onu evə aparmağı qərar alıb.

Qeyd edək ki, ağır vəziyyətdə xəstəxanaya aparılan Rıbakov komadadır.