Ağasəlim Mircavadov: Əzəli rəqiblərin oyunu əvvəlkilərə bənzəməyəcək
17.03.2011 - 14:55
“Xəzər Lənkəran”la “Neftçi”nin budəfəki görüşü kubokdan fərqlənəcək. Çünki çempionatla kubok oyunu arasında böyük fərq var. Kubok 2 oyundan ibarətdir və burda gərginlik, strategiya başqadır. Kubokda əsas mərhələ keçmək idi ki, “Xəzər Lənkəran” da bunu bacardı”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycanın ən titullu futbol məşqçisi Ağasəlim Mircavadov deyib.
2004-cü ildən başlayan “Neftçi” – “Xəzər Lənkəran” derbisinin ən çox iştirakçısı olan təcrübəli mütəxəssis hər iki komandanın çalışdırıcı kimi iş başında olub.
Bu dəfə “Böyük oyun”u kənardan izləyəcək Mircavadov sabah Lənkəranda fərqli matç gözləyir: “Artıq bu kubok yox, çempionat oyunudur. Mən “altılığ”ı mini-turnir sayıram. Burada birinci baş məşqçi, sonra futbolçular böyük rol oynayır. “Altılıq”da nəticə böyük önəm daşıyır. Hətta 1 qol oyunun taleyini həll edə bilər. Yəni, “altılıq” oyunu kubok görüşünə bənzəməyəcək. İndi lider “Neftçi” ilə ən yaxın izləyicisi “Xəzər Lənkəran” arasında 4 xal fərq var. Aydın məsələdir ki, “Neftçi” bu xal fərqini saxlamaq istəyir. Buna heç-heçə də imkan verəcək. Ancaq deyə bilmərəm ki, “Neftçi” meydana heç-heçə üçün çıxacaq. Heç-heçəyə oynamaq çox təhlükəlidir. Çünki sonda qol buraxıb, 1 xaldan da məhrum ola bilərsən. Buna görə, hər oyunda qələbə uğrunda mübarizə aparmaq lazımdır”.
64 yaşlı mütəxəssisin fikrincə, prinsipial rəqiblər ehtiyatlı oyuna üstünlük verəcəklər: “Hücuma keçərkən, müdafiəni də fikirləşmək lazımdır. Belə oyunda arxa xəttə xüsusi diqqət yetirib, səhvsiz oynamalısan. Bir səhv oyunun taleyini həll edə, komandaya baha başa gələ bilər. Hücumçular da müdafiəçiləri səhv etməyə məcbur etməlidir ki, bundan yararlansınlar. Kim rəqibi səhvə məcbur edib qol vursa, oyunu aparacaq”.
“Neftçi” ilə “Xəzər Lənkəran”ın kubok qarşıdurması çox məhsuldar alındı. Təsadüfi deyil ki, Bakıdakı ilk oyunda 7, cavab matçında 2 qol vuruldu. Ötən mövsüm isə bu komandaların 4 oyununun hamısı qolsuz nəticələnmişdi: “Çoxları deyir ki, çox qol əladır. Ancaq bu, hər iki komandanın müdafiəsində problemlərin olduğunu göstərir. “Xəzər Lənkəran”ın 4 qol vurub, amma üçünü də buraxdığını nəzərə almaq lazımdır. Bu isə bir oyun üçün çoxdur. Adətən belə kubok oyunlarında böyük hesab olmur, az qol vurulur. Mən “Xəzər Lənkəran”ın “altılığ”ın ilk turunda AZAL-la səfər oyununu izlədim. Onu deyim ki, AZAL həmin görüşdə çox gözəl, ağıllı oynadı və layiqli qələbə qazandı. Komanda əlində düşən bir şansdan maksimum istifadə etdi”.
Mircavadov “Neftçi” ilə Lənkəranda cavab oyununda beyni silkələnən qapıçı Kamran Ağayevin yerinin göründüyü bildirib: “Onu əvəzləyən ukraynalı Yevgeni Kopilin kobud səhvi nəticəsində “Xəzər Lənkəran” uduzdu. Bu qapıçı həmin matçda çox inamsız oynadı. AZAL hələ ilk hissədə onun topu əlində tuta bilməməyindən sonra hesabı aça bilərdi. Əlbəttə, Kamranın yeri görünür. Belə vacib oyunlarda qapıçının böyük rolu var. O, sakit, səhvsiz çıxış edəndə komanda da rahat oynayır. Qapıçının inamsız çıxışı isə komandaya mənfi təsir göstərir”.
“Böyük oyun”da şansları bərabər hesab edən təcrübəli çalışdırıcı bildirib ki, “Xəzər Lənkəran” bu il necə oynayırsa, sabah da elə oynayacaq: “Bu, daha çox uzun ötürmələrdən ibarət olacaq, legionerlərin fərdi ustalığından çox şey asılı olacaq. Baş məşqçi Mirça Rednik yaxşı tanıdığı, vaxtilə birgə çalışdığı futbolçuları komandaya gətirib. Uinston Parks fərdi oyun keyfiyyətləri, fiziki göstəriciləri ilə seçilən hücumçudur. Vobay isə yaxşı driblinqləri olsa da, bu, yerində edir, topu qabağa ataraq, hərəkət edir. O, çox ağıllı futbolçudur. Əlbəttə, belə derbi, ümumiyyətlə, bütün oyunlar futbol bayramıdır. İndi də Novruz günləridir və bayramda “Xəəzr Lənkəran” – “Neftçi” oyununun olması daha yaxşıdır. Yeri gəlmişkən, saytınızı vasitəsilə futbol ictimaiyyətini bayram münasibətilə təbrik edir, onlara ruzi-bərəkət arzulayıram”.
Qeyd edək ki, Mircavadov son iş yeri olan “Xəzər Lənkəran”ın baş məşqçisi postundan ötən ilin iyulunda istefa verib.

0
0