“Final mərhələsində bütün nəticələrə hazır olmalıyıq”
17.03.2011 - 16:32
“Təxminən 2 həftəlik kurs oldu. Dərsləri U-16-nın çalışdırıcısı Nikolay Adam keçirdi. Kursun faydalı olacağını fikirləşirəm”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ” klubunun futbolçusu Aslan Kərimov deyib.
38 yaşlı yarımmüdafiəçi karyerasını məşqçi kimi davam etdirəcək. Artıq B kateqoriyalı kurslarda iştirak edən və kursu uğurla başa vuran Kərimov növbəti məşqçi lisenziyası almaq üzrədir. Bununla bağlı “Qarabağ”ın rəsmi saytına açıqlama verən Aslan Ağdam klubunda mütəxəssis kimi çalışmaq istədiyini açıqlayıb: “Nəzəri və praktiki məşğələlər yerinə yetirdik. Bu mənim karyeramın sonuncu ilidir. Futbolu bitirdikdən sonra doğma komandada məşqçi kimi çalışmaq istəyirəm. Futbolçu karyeram ərzində öyrəndiklərimin də mənə kömək olacağına inanıram”.
Kərimov həmçinin Azərbaycan Premyer Liqasının final mərhələsi barədə də fikirlərini bildirib: “Nəzəri cəhətdən ilk 5 pillədə qərarlaşan komandaların çempionluq şansı var. Amma sonda bir komanda qızıl medallara yiyələnəcək. Əlbəttə, ən az səhv edən sonda sevinəcək. “Neftçi” və “Xəzər Lənkəran” bizdən öndə qərarlaşıb. Deməli, onlar bizi bir neçə addım qabaqlayırlar. Final mərhələsində bütün nəticələrə hazır olmalıyıq”.
Təcrübəli futbolçunun sözlərinə görə, təsnifat mərhələsində məğlub edə bilmədikləri AZAL-la sabah keçiriləcək oyuna ciddi hazırlaşırlar: “Nazim Süleymanov döyüşkən komanda yaradıb. Gərgin oyun olacaq. Təsnifat mərhələsindəki görüşlərdə “təyyarəçi”ləri məğlub edə bilməmişik. Bu da rəqibin gücünü göstərir. “Qarabağ” hər oyuna ciddi hazırlaşır. Ümumiyyətlə, uzun müddətli karyeramda bunu öyrənmişəm ki, hər bir oyuna ciddi köklənmədən sonda uğurlu nəticəyə ümid etmək olmaz”.
Qeyd edək ki, “Qarabağ” – AZAL matçı sabah saat 14:00-da start götürəcək.

0
0