Ramiz Məmmədov təşəkkür etdi
18.03.2011 - 10:48
“Matçdan əvvəl futbolçularımızı ciddi oyuna kökləmişdik. Bilirdik ki, “Vostok”un liderlər qrupunda qərarlaşması əbəs yerə deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qazaxıstanın “Atırau” klubunun baş məşqçisi Ramiz Məmmədov deyib.
Karyerasını Azərbaycandan kənarda davam etdirən yeganə həmyerlimiz Qazaxıstan çempionatının III turunun “Vostok”la qarşılaşması haqda fikirlərini bildirib: “Birinci hissədə meydan sahibləri 2 qol vurmağı bacardı. Lakin komandamız əzmkarlıq nümayiş etdirərək, hesabı bərabərləşdirə bildik. Futbolçularımızdan xahiş etdik ki, hava ötürmələrindən istifadə etməsinlər. Çünki “Vostok”un müdafiəçiləri ucaboydurlar. Öz futbolçularımıza belə oyuna görə təşəkkür edirəm”.
Qeyd edək ki, Məmmədovun komandası 3 oyundan sonra 4 xal qazanıb.

0
0