“Mahir Şükürovun yayda “Anji” klubundan gedişi mümkündür”
18.03.2011 - 11:35
“Mahir Şükürovun yayda “Anji” klubundan gedişi mümkündür”
Rusiya mətbuatı Azərbaycan millisinin futbolçusu Mahir Şükürovun “Anji” klubundan ayrılması haqda yazıb. Apasport.az saytının məlumatına görə, “Sport Ekspress” qəzetində 28 yaşlı yarımmüdafiəçinin Mahaçqala təmsilçisi rəhbərliyinin icazəsi ilə “Neftçi”də məşq etməsi, həftəsonu yığmamızın heyətində Belçika ilə rəsmi oyuna hazırlıq məqsədilə Almaniyaya təlim-məşq toplanışına yollanması barədə xəbər verib. Əslində bu, əvvəldən məlumdur və burada qeyri-adi heç nə yoxdur. Sadəcə, yazının sonundakı qeydlər diqqət çəkəndir: “Mahir “Anji”nin düşərgəsini tərk etsə də, onun futbolçusu olaraq qalır. Hərçənd, belə ehtimal var ki, o, yayda komandadan gedəcək. Şükürov ötən mövsüm “Anji”nin heyətində 20 oyun keçirib”.
0