Jorj Leekens: Avstriya və Azərbaycan yığmasını udsaq, işimiz asan olacaq
18.03.2011 - 11:47
“Artıq bütün oyunlarda qalib gəlmək istəyirik. Özü də harada və kiminlə oynamağımızın fərqi olmadan”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belçika millisinin baş məşqçisi Jorj Leekens deyib.
Avro-2012-nin seçmə mərhələsinin qarşıdakı oyunları ərəfəsində iddialı olan çalışdırıcı martın 26-da Avstriya ilə səfər, 29-da Azərbaycanla ev matçlarına 3 xal üçün çıxacaqlarını bildirib: “Gəlin, realist olaq. Qrupumuzda 1-ci yer Almaniyanın olacaq. Biz isə Avstriya və Türkiyəyə çatmağa çalışmalıyıq. Avstriyanı səfərdə, Azərbaycanı evdə udsaq isə işimiz asan olacaq. Onda iyunda Türkiyəni məğlub etməklə, final mərhələsinə 1 addım da yaxınlaşacağıq. Mən istəmirəm ki, futbolçularım təzyiq altında olsun”.

0
0