Kənan Kərimov fikrini dəyişdi
18.03.2011 - 12:53
“Karyeramı bitirməmişəm. Fərdi də olsa, məşqlərimi davam etdirirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə”nin sabiq hücumçusu Kənan Kərimov deyib.
Cari mövsümün əvvəlində Premyer Liqanın debütantlarından olan “Gəncə” ilə anlaşan və bir neçə oyunda əyalət təmsilçisinin formasını geyinən hücumçu sonradan dövrə bitməmiş komandadan ayrılmaq qərarına gəldi. Klubla müqaviləsini qarşılıqlı şəkildə pozan futbolçunun qışda hansısa komandaya keçəcəyi gözlənilsə də, bu baş verməyib. Buna görə də Kərimovun karyerasını bitirdiyini düşünmək olardı. Lakin hücumçu fərqli fikirdədir: “Rayonda əsasən “Karvan”ın məşqlərinə qatılıram. Mövsümün bitməsini gözləyirəm. Artıq mənimlə maraqlanan klublar var”.
Futbolçu karyerasını doğma klubu olan Yevlax təmsilçisində də davam etdirə bilər. Amma bunun üçün şərtlərin münasib olması vacibdir: “Niyə də olmasın? Oynayan məşqçi ola bilərəm. Ancaq şərtlərdən çox şey asılıdır. Hər şey ola bilər. Yayda biləcəyik”.
Kərimov məşqçi kurslarına da qatılmaq istəyib. Lakin bəzi səbəblərdən bu istəyini müvəqqəti təxirə salıb: “Məşqçi kurslarında iştirak edib, A və B lisenziyalarını almaq istəyirdim. Müəyyən səbəblərdən fikrimdən vaz keçdim. Ancaq növbəti kurslardan birinə qatılacam”.

0
0