Berti Foqts “Dolce La Hulpe”də danışacaq
18.03.2011 - 13:19
Berti Foqts “Dolce La Hulpe”də danışacaq
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts mətbuat konfransı keçirəcək. Apasport.az saytının məlumatına görə, 65 yaşlı mütəxəssis Avro-2012-nin seçmə mərhələsinin Belçika – Azərbaycan oyunundan bir gün əvvəl jurnalistlərlə görüşəcək. Bu mətbuat konfransı martın 28-də, Brüsseldəki “Dolce La Hulpe” otelində keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Mənbə: affa.az