Avroliqada belə şey olmamışdı
18.03.2011 - 13:46
Avroliqada belə şey olmamışdı
Avropa Liqasının cari mövsümü tarixə düşüb. Apasport.az saytının məlumatına görə, hələ UEFA kuboku adlandırıldığı vaxtdan indiyədək heç vaxt 1/4 final iştirakçılarının tərkibi belə zəif olmayıb.

Belə ki, yarım əsrdən artıq tarixə malik yarışın 8 ən güclüsü arasında İngiltərə, Almaniya, İtaliya və Fransa kimi nəhəng futbol ölkələrindən heç biri təmsil olunmayıb. Arxada qalan illər ərzində belə hal heç vaxt yaşanmamışdı.

“Böyük beşlik” yalnız İspaniya klubu “Vilyarreal”la təmsil olunur ki, bu komanda da nəhənglərdən sayılmır. Bu, digər ölkə klublarının güclənməsindən daha çox nəhənglərin qitənin 2-ci dərəcəli klub turnirinə olan marağın azalması ilə izah olunur. Çünki artıq neçə illərdir ki, Avroliqa Çempionlar Liqasının kölgəsində qalır.