Köhnə rəqib, tanış simalar
18.03.2011 - 13:32
Martın 29-da Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Brüsseldə qarşılaşacaq Belçika və Azərbaycan millilərinin heyətləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, rəqibin heyətdə iki ciddi itkisi olub.
İngiltərə Premyer Liqasında oynayan müdafiəçi Tomas Vermalenlə (“Arsenal”) yarımmüdafiəçi Maruan Fellaini (“Everton”) zədə ucbatından yığmadan kənarda qalıblar. Vermalen üçün, ümumiyyətlə cari mövsüm bitib. Hər iki futbolçu yığmaların Avro-2008-in seçmə mərhələsindəki görüşündə iştirak edib. Vermalen Brüsseldəki, Fellaini Bakıdakı matçda 90 dəqiqə oynayıb. Sonuncu hətta sarı vərəqə də alıb.
Belçikalıları həmin oyunlara Rene Vandereyken çıxarmışdısa, bu dəfə baş məşqçi postunda Jorj Leekens yer alıb. Onun açıqladığı 25 nəfərlik siyahıda elə futbolçular var ki, yenidən millimizə qarşı oynayacaqlar.
Bunlar müdafiəçilər Daniel van Buyten, Yelle van Damm, Yan Vertongen, yarımmüdafiəçilər Stiven Defur, Kevin Miralyas, Timmi Simons, Antoni van den Borre, hücumçu Mussa Dembeledir. Sonuncu ilə van Buyten hər iki oyunda iştirak ediblər. Son vaxtlar “Bavariya”nın əsas heyətində yerini itirərək, oyun praktikası sarıdan korluq çəkən Daniel Brüsseldəki görüşdə sarı vərəqə alıb. Mussa isə millimizə Brüsseldə 3:0 hesabı ilə qalib gəldikləri matçın həm qəhrəmanı, həm də antiqəhrəmanı olub.
Belə ki, hücumçu 82-ci dəqiqədə yığmasının 3-cü qolunun müəllifi olduqdan 5 dəqiqə sonra həmin vaxt kapitanımız Aslan Kərimova qarşı idmançıya yaraşmayan hərəkətə görə birbaşa qırmızı vərəqə alıb. Həmin oyunun 24-cü dəqiqəsində penaltidən hesabı açan Simons indi də heyətdədir. Ancaq Brüsseldə 2-ci, Bakıdakı görüşdə yeganə qolun müəllifi olan Luici Pyeroni isə hazırda Belçika millisinin heyətində yer almır.
Əlbəttə, heyətlərin müqayisəsindən danışırıqsa, millimizə toxunmaya bilmərik. Burada belçikalılar əsas tanış futbolçu Fərhad Vəliyevdir. Çünki Fərhad hər iki oyunda qapımızı qoruyub və rəqibdən 4 top buraxıb. Ancaq Vəliyev son illərdə əsas heyətdə yerini itirərək, Kamran Ağayevin əvəzləyicisidir. Aleksandr Çertoqanov, Vüqar Nadirov, Vaqif Cavadov Brüsseldə, Rəşad Sadıqov, Rail Məlikov, Cəmşid Məhərrəmov Bakıda meydana çıxıblar. Son görüşdə iştirak edən Samir Abasov yenə Belçika ilə oyuna çağırılsa da, sonradan zədə üzündən heyətdən çıxarıldı.
Millimizin kapitanı olan Rəşadın Belçika ilə səfər oyununda oynamamağının zədəli, cəzalı olması ilə bağlı yox, həmin vaxt baş məşqçi Şahin Diniyev tərəfindən yığmadan kənarlaşdırılması ilə bağlıdır. Diniyevin istefasından baş məşqçi postuna keçən makedoniyalı Qyoko Hacıyevski Sadıqovu milliyə qaytardı. Hacıyevskinin gedişindən sonra 2008-ci ilin aprelində yığmamızın baş məşqçisi olan almaniyalı Berti Foqts belçikalı həmkarı Leekens kimi ilk dəfə bu milli komandaların görüşünün iştirakçısı olacaq.
Mehman SÜLEYMANOV

0
0