“Qəbələ” rəqib axtarır
18.03.2011 - 15:00
“Qəbələ” rəqib axtarır
Azərbaycan Premyer Liqasının XXIV turunda “Muğan”ı məğlub edən “Qəbələ”nin çempionatda yaranacaq qısa fasilə dövründəki hazırlıq planı məlum olub. Apasport.az saytının məlumatına görə, ikinci “altılıq”da liderliyini davam etdirən əyalət təmsilçisinin futbolçuları oyundan sonra 2 günlük istirahətə buraxılıb.

İngiltərəli baş məşqçi Toni Adams bazar günü onları yenidən bir araya yığacaq. Britaniyalı mütəxəssis Novruz bayramında yetirmələrinə istirahət verməyəcək. Belə ki, komanda martın 24-nə qədər Qəbələdə hazırlıq keçəcək. Bundan sonraya təsadüf edəcək 4 günlük istirahət zamanı əcnəbi futbolçuların əksəriyyəti vətənlərinə baş çəkəcəklər. Martın 28-də yenidən toplaşacaq “Qəbələ” “Gəncə” ilə XXV turun oyunu öncəsi yoldaşlıq matçı keçirməyi düşünür. Lakin hələlik sınaqçı-rəqibin kimliyi dəqiqləşməyib.