2 gün öncə qovulmuşdu
18.03.2011 - 15:32
Almaniyalı mütəxəssis Felik Maqatın işsiz günləri cəmi 2 gün çəkib. Apasport.az saytının məlumatına görə, “Şalke”nin baş məşqçisi postundan istefaya göndərilən təcrübəli çalışdırıcı Bundesliqanın digər təmsilçisi “Volfsburq”a keçib. Özü də Maqat bu komandada iki postu – baş məşqçi və idman direktoru vəzifələrini tutacaq.
Maqat bu gün keçiriləcək mətbuat konfransında təqdim olunacaq. O, cari mövsümün ortasında ingilis Stiv Maklarenin istefaya göndərilməsindən sonra baş məşqçi vəzifəsini icra edən Pyer Littbarskini əvəzləyəcək.
Qeyd edək ki, Maqat bunadək “Volfsburq”u (2007-09-cu illərdə) çalışdırıb. O, komanda ilə ölkə çempionluğu və Liqa kubokunu qazanıb. Maqat 2009-cu ildə “Volfsburq”u çempion edərkən, ilin məşqçisi seçilib və həmin vaxt “Şalke”nin sükanı arxasına keçmişdi.

0
0