11-ci derbi
19.03.2011 - 00:01
11-ci derbi
Çempionlar Liqasının (ÇL) püşkü 1/4 final mərhələsində 2 İngiltərə təmsilçisini üz-üzə qoyub. Apasport.az saytının məlumatına görə, “Çelsi” və “Mançester Yunayted” qitənin ən nüfuzlu klub turnirində bir-biri ilə üz-üzə gələcək 11-ci Premyer Liqa cütü olacaq.

Belə ki, yarışın tarixi ərzində 24 dəfə eyni ölkə təmsilçiləri bir-biri ilə qarşılaşmışdılar. Bunun da 10-u İngiltərənin hesabındadır. Bundan başqa, 7 İspaniya, 4 İtaliya, 2 Almaniya və 1 Fransa derbisi yaşanıb. Sayca 25-ci yubiley qarşılaşması da futbolun yaradıcılarının hesabına yazılacaq.

Həm “Çelsi”, həm də “Mançester Yunayted” əvvəllər də ÇL-də üz-üzə gəlib. 2007/08 mövsümünün finalında rəqibini penaltilər seriyasında məğlub edən mançesterlilər “Arsenal”la dueldən də üstün ayrılıb. “Çelsi” isə 8-ci dəfə qarşısında həmyerlilərini görəcək. Bunun 5-də londonluların rəqibi “Liverpul” olub.

ÇL-də İngiltərə duelləri

1978/79 “Nottinhem Forest” – “Liverpul” – 2:0, 0:0 (I mərhələ)
2003/04 “Çelsi” – “Arsenal” – 1:1, 2:1 (1/4 final)
2004/05 “Çelsi” - “Liverpul” – 0:0, 0:1 (1/2 final)
2005/06 “Liverpul” - “Çelsi” – 0:0, 0:0 (qrup mərhələsi)
2006/07 “Çelsi” - “Liverpul” – 1:0, 0:1, pen. – 1:4 (1/2 final)
2007/08 “Arsenal” - “Liverpul” – 1:1, 2:4 (1/4 final)
2007/08 “Liverpul” - “Çelsi” – 1:1, 2:3 (1/2 final)
2007/08 “Mançester Yunayted” - “Çelsi” – 1:1, pen. – 6:5 (final)
2008/09 “Çelsi” - “Liverpul” – 3:1, 4:4 (1/4 final)
2008/09 “Mançester Yunayted” - “Arsenal” – 1:0, 3:1 (1/2 final)