Mehman Allahverdiyev: “Gəncə”nin oyununa baxanda utanırdım
18.03.2011 - 19:48
Mehman Allahverdiyev: “Gəncə”nin oyununa baxanda utanırdım
“Futbol elə oyundur ki, komanda daim uduzursa, baş məşqçi istefası qaçılmazdır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun yeni baş məşqçisi Mehman Allahverdiyev deyib.

Gəncənin eyni adlı komandası bu gün Premyer Liqanın XXIV turunda öz meydanında “Simurq”a uduzub. Bu qarşılaşmadan sonra Fuad İsmayılov komandanın baş məşqçisi postundan istefaya göndərilib. Onu isə uzun müddət “Kəpəz”i çalışdırımış Mehman Allahverdiyev əvəzləyib.

Allahverdiyev bildirib ki, onun rəhbərliyi altında komanda daha iddialı olacaq: “Bilirsiz, komanda uduzursa, baş məşqçi cavabdehdir. “Gəncə” artıq neçə oyun idi qələbə qazana bilmirdi. Bu azmış kimi, uzun müddətdir qol da vurmur. “Turan”la oyuna baxanda utanırdım ki, bu nə oyundur. Mənim bir amalım var, komanda həmişə iddialı olub, çempionluq uğrunda mübarizə aparacağıq”.

Allahverdiyev, həmçinin bildirib ki, yaxın günlərdə köməkçilərini müəyyənləşdirəcək.
0