Arif Əsədovun gerçəkləşməyən arzusu
18.03.2011 - 21:59
Arif Əsədovun gerçəkləşməyən arzusu
"Buna qədər "Xəzər Lənkəran"la 4 dəfə qarşılaşmışdıq. Bu gün qələbə qazanmaq və klubun prezidenti Sadıq Sadıqova həsr etmək istəyirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Arif Əsədov deyib.

Azərbaycan Premyer Liqasının XXIV turunun “Xəzər Lənkəran”la oyununu (1:1) bu dəfə də qələbəsiz tək edən bakılıların çalışdırıcısı qarşılaşma haqda fikirlərini bildirib. Əsədov qələbə arzusunun növbəti dəfə gözündə qalması ilə barışıb: “O, buna layiqdir. Təəssüf ki, alınmadı, son dəqiqələrdə qapımızdan qol buraxdıq. Komandamdan razı qaldım. "Xəzər Lənkəran" klubuna uğurlar arzulayıram".

Qeyd edək ki, “Neftçi”nin baş məşqçisi kimi 7-ci dəfə “Xəzər Lənkəran”la qarşılaşan Əsədov hələ də qələbə qazanmayıb.
0