APA-dan het-trik - FOTOSESSİYA
19.03.2011 - 14:42
APA-dan het-trik - FOTOSESSİYA
Azərbaycan futbolunun 100 illiyi münasibətilə tədbirlər planına start verilib. Apasport.az saytının xəbərinə görə, bu münasibətlə Bakının jurnalistlərdən və polislərdən ibarət komandaları arasında yoldaşlıq oyunu keçirilib.

Mətbuat Şurası və Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə “Şəfa” stadionunda baş tutan və FİFA hakimi Vüsal Əliyev idarə etdiyi görüş media nümayəndələrinin məğlubiyyəti ilə nəticələnib – 4:5. Oyunda jurnalist yığmasının kapitanı, APA-nın baş direktorunun 1-ci müavini Nurşən Quliyev “het-trik” edib.

Oyundan sonra iştirakçılara Mətbuat Şurasının xatirə kubokları, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Bakı Futbol Federasiyasının, Daxili İşlər Nazirliyinin, APA (Azəri-Press Agentliyi) və İctimai Televiziyanın mükafatları təqdim olunub.

Jurnalistlərin növbəti oyunu apreldə deputatlara qarşı olacaq.

Qeyd edək ki, Azərbaycan futbolunun 100 illiyi münasibətilə iyunun 8-də “Buta” Sarayında təntənəli mərasim keçiriləcək. Tədbirdə FİFA və UEFA prezidentlərinin iştirakı gözlənilir.