Elxan Məmmədov milli komandanın üzvləri ilə görüşdü - FOTOSESSİYA
19.03.2011 - 14:45
Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov və Sahə Futbol Federasiyalarının prezidenti Mahir Məmmədov eşitməqüsurlu əlillərdən ibarət Azərbaycan yığmasının üzvləri ilə görüş keçirib. Apasport.az saytının məlumatına görə, tədbirdə Elxan Məmmədov çıxış edərək AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından yığmanın üzvlərini Novruz bayramı münasibətilə təbrik edib, bu komandanın beynəlxalq yarışlarda qazandığı uğurlu nəticələri xüsusi vurğulayıb.
Mahir Məmmədov isə qarşıdakı yarışlarda da eşitməqüsurlu əlillərdən ibarət yığma komandanın üzvlərinə uğurlar arzulayıb, onlara xoş arzularını çatdırıb. Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti Şaiq Həmidov çıxış edərək yığma komandaya yaradılan şərait, diqqət və qayğıya görə AFFA-nın və Sahə Futbol Federasiyalarının rəhbərliyinə minnətdarlığını bildirib.
Mənbə: affa.az

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0