Mahir Şükürovun komanda yoldaşı güləşçilərə həsəd aparır
20.03.2011 - 18:14
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun çıxış etdiyi Rusiyanın “Anji” klubunun ulduzları güləş üzrə dünya kubokunu izləməyə qərar veriblər. Apasport.az saytının məlumatına görə, Roberto Karlos, Jusiley və Diequ Tardelli Rusiya ilə Ukrayna yığmalarının qarşılaşmasını canlı izləyiblər. Tardelli Mahaçqaladakı yarışda gördüyü azarkeş ordusundan heyrətə düşüb: “İlk dəfədir belə yarlşı izləyirəm. Yerli publikanın öz idmançılarını necə dəstəkləməsi çox xoşuma gəldi. Ümid edirəm ki, bizi də belə dəstəkləyəcəklər”.
0
0