“Qəbələ” Çempionşipin komandalarını məğlub etmək iqtidarındadır”
23.03.2011 - 11:14
“Qəbələ” Çempionşipin komandalarını məğlub etmək iqtidarındadır”
“Azərbaycan və İngiltərə futbolunu müqayisə etmək çox çətindir. Burada futbol daha çox ispan üslubuna bənzəyir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Toni Adams deyib.

O, Böyük Britaniyada verdiyi müsahibədə Azərbaycan futbolu haqda fikirlərini açıqlayıb: “Lakin çempionatda cəmi 12 komanda var. Şotlandiyada olduğu kimi sonradan 2 “altılığ”a bölünüb mübarizə aparırlar. Azərbaycan çempionatı Şotlandiya birinciliyi ilə müqayisə edərdim. Lakin bir şərtlə ki, şotlandların fiziki oyuna üstünlük verməsini nəzərə almayaq. Azərbaycanda 6-7 güclü komanda var. Çalışdırdığım “Qəbələ”ni xeyli qaldıra bilmişəm. Düşünürəm ki, İngiltərənin Çempionşipində çıxış edən rəqibləri məğlub etmək iqtidarındayıq.”

Qeyd edək ki, Çempionşip Premyer Liqadan sonra İngiltərədə gücünə 2-ci dəstə sayılır.