Lionel Messi və Joze Mourinyo: Hamıdan öndə
23.03.2011 - 11:45
Lionel Messi və Joze Mourinyo: Hamıdan öndə
2010-cu ildə ən çox qazanan futbol adamlarının adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, məşhur “France Football” jurnalı araşdırmalarının nəticələrini açıqlayıb. İspaniyanın “Barselona” klubunun argentinalı ulduzu Lionel Messi 31 milyon avro gəlirlə hamıdan öndə qərarlaşıb. Klubundan 10 milyon maaş alan futbolçu qalan məbləği reklamlardan və sponsorlardan əldə edib.

Maaşı daha çox olan (13 milyon) Kriştiano Ronaldo isə il boyu 27,5 milyon qazanıb. Portuqaliyalı İspaniya “Real”ından 500 min mükafat və 14 milyon reklamlardan əldfə edib. Üçüncü pillədə isə 20,7 milyon gəliri olan ingiltərəli Ueyn Runi qərarlaşıb. Baş məşqçilərin sıralamasında da ilk iki yerdə İspaniya klublarının çalışdırıcıları yer alıb. “Real”lı Joze Mourinyo 13,5, onun “Real”dan olan həmkarı Pepe Qvardiola isə 10,5 milyon avro gəlir əldə edib. Sonuncudan 300 min az qazanan Rafael Benites isə ilk “üçlüy”ü tamamlayır.