Toni Adams Premyer Liqanın çempionunu açıqladı
23.03.2011 - 12:29
“Əlbəttə ki, ürəyim “Arsenal”ın çempion olacağını deyir. Başım isə “Mançester Yunayted” deyir. Onların heyəti də çox yaxşıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Toni Adams deyib.
İngiltərəli mütəxəssis vətənində verdiyi müsahibədə uzun illər kapitanı olduğu “Arsenal”ın durumu və Premyer Liqadakı mübarizə haqda danışıb: “Qış fasiləsində sabiq komandamın “Mançester Siti” ilə oyununu izlədim. Çox istəyirəm ki, bu komanda tezliklə titul qazansın. Komandanın Arsen Venger kimi fenomen məşqçisi var. O, həmişə oyunçuları ilə düzgün olub. Mənim məşqçilik üslubuma da böyük təsir edib. Venger mənə çox şey öyrədib. Çalışdığım klublarda da bundan yararlanıram”.
Adams 42 yaşlı Yens Lemannın yenidən “Arsenal”a qayıtmasına da münasibət bildirib: “Yens fantastik qapıçıdır. Bilirəm ki, komandada zədəlilər var. Lakin gənc qapıçı Voytsek Şesnı da var ki, o mənim çox xoşuma gəlir. Bu səbəbdən də Lemannın qayıdışında məntiq görmürəm”.

0
0