“Neftçi” istirahətə son qoydu
23.03.2011 - 12:06
Martın 18-də keçirilən Premyer Liqanın XXIV turunun "Xəzər Lənkəran"la səfər qarşılaşmasından sonra futbolçularına istirahət verən "Neftçi" məşqlərini bərpa edib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi bu gündən etibarən baş məşqçi Arif Əsədovun rəhbərliyi altında gündə iki dəfə olmaqla hazırlıq keçəcək. Bununla da klubun bazasında məşq edəcək komanda növbəti turun "Qarabağ"la oyununun hazırlıqlarına start verib.
Uzun müddətdir zədə səbəbindən vətəni Belçikada müalicə olunan flaqmanın hücumçusu Emil Mpenza, ötən gün Bakıya gələrək komandanın düşərgəsinə qoşulub. Belçikalı hücumçu bərpa prosesini keçdiyi üçün, məşqçilərin nəzarəti altında ümumi məşqlərdə iştirak edəcək.
Qeyd edək ki, komandanın məşqlərində yığma komandamıza, 21 yaşlılardan ibarət millimizə və Makedoniya yığmasına çağırılan futbolçular iştirak etmir.
Mənbə: neftchifc.com

0
0