“Xəzər Lənkəran”la çempion olsam, orada qalacağam”
23.03.2011 - 13:13
“Rapid” rəhbərliyi mənimlə əlaqə saxlamayıb. Mən özüm də yayda nə olacağını bilmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik deyib.
Rumıniyalı mütəxəssis vətənindən olan həmkarlarımıza açıqlamasında vaxtilə çalışdırdığı Buxarest “Rapid”inə qayıtmaq perspektivinə aydınlıq gətirib: “Əgər “Xəzər Lənkəran”la Azərbaycan çempionu olsam orada qalacağam. Əks halda isə komandadan ayrıla bilərəm. Özümün də “Rapid”də çalışmaq həvəsim var. Axı bu komanda ilə ölkə çempionu olmağımızdan az qala 10 il keçib. 2012/13 mövsümündə həmin titulu qaytarmaq üçün qayıda bilərəm”.
Qeyd edək ki, “Rapid” tarixinin sonuncu ölkə çempionluğunu məhz Rednikin rəhbərliyi altında qazanıb.

0
0