Emil Mpenza: Qarşıdakı oyunlarda komandama kömək etmək əzmindəyəm
23.03.2011 - 14:00
Emil Mpenza: Qarşıdakı oyunlarda komandama kömək etmək əzmindəyəm
"Hazırda, həkimlərin rəyindən sonra komanda ilə məşqlərə qatılıram. Cərrahiyə əməliyyatından sonra bərpa kursunu Belçikada keçərək, Bakıya döndüm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” komandasının futbolçusu Emil Mpenza deyib.

Belçikalı legioner klubunun rəsmi saytına açıqlamasında aldığı zədədən sonra cərrahiyyə əməliyyatı keçirməsinə baxmayaraq tezliklə meydana çıxacağını bildirib: “Əvvəl qeyd etdiyim kimi, 6 həftə çəkən reabilitasiya kursundan sonra həkimlər, ümumi məşqlərdə iştirak etməyimə icazə verdilər. Özüm də "Neftçi"yə vacib görüşlərdə kömək edə bilmədiyim üçün çox təəssüflənirdim. Bu gündən etibarən komandamın məşqlərində iştirak edirəm. Tezliklə lazımi formamı yığıb, qarşıdakı çempionat oyunlarında komandama kömək etmək əzmindəyəm. Azarkeşlər əmin olsunlar ki, bundan sonrakı matçlarda komandamın çempion olması üçün əlimdən gələni edəcəyəm".