Milli komandanın futbolçuları qarət olundu
23.03.2011 - 15:47
Kolumbiya milli komandasının futbolçuları qarət olunub. Apasport.az saytının məlumatına görə, martın 26-da Ekvador yığması ilə yoldaşlıq oyunu keçirəcək cənubi amerikalılar xoşagəlməz hadisə ilə matçın baş tutacağı Madriddə üzləşib. Komandanın üzvləri David Ospina, Breyner Kastilyo, Kristian Zapata və Uqo Rodalyeqa oğruların qurbanına çevrilib. Futbolçuların oteldəki otaqlarına soxulan cinayətkarlar noutbukları, kredit kartları və digər ələ keçirə bildikləri qənimətləri oğurlayıb.
0
0