“Xəzər Lənkəran”, “Bakı” və “Muğan”ın futbolçuları Afrikada birləşdi
24.03.2011 - 10:25
Afrika Millətlər Kubokunun növbəti seçmə oyununa hazırlaşan Syerra-Leone milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, isveçli mütəxəssis Lars Olaf Mattson yalnız ölkə xaricində çıxış edən futbolçuları komandasına dəvət edib. Niger yığması ilə görüşəcək millinin düşərgəsinə Azərbaycanda çıxış edən 3 oyunçu da çağırılıb. Bunlar “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Julius Vobay, “Bakı”nın şərəfini qoruyan İbrahim Karqbo və “Muğan”ın üzvü Samuel Barlaydır.
Qeyd edək ki, Niger – Syerra-Leone matçı martın 27-də keçiriləcək.
Qeyd edək ki, Niger – Syerra-Leone matçı martın 27-də keçiriləcək.
0
0